Ancelina Coli film təkliflərindən imtina etməyə başlayıb
1 İyul 2014 14:50 MədəniyyətÇəkildiyi son "Malefiz" filminin qalası üçün Tokioya gedən populyar aktrisa Ancelina Coli artıq əvvəlki kimi filmlərdə çox rol almayacağını açıqlayıb. İngilis mətbuatının verdiyi məlumata görə, BMT-dəki faəliyyətini sürətləndirəcəyini deyən Ancelina bundan sonra daha çox rejissorluq və ssenarilər üzərində işləyəcəyini də bildirib: "Xahiş edirəm, bu qərarlarım "təqaüdə çıxıram" kimi başa düşülməsin. Belə yazmayın." "Malefiz"də Misir kraliçası Kleopatra obrazını canlandıran 38 yaşlı "Oskar"lı aktrisa bir müddət əvvəl bu filmin kariyerasının son filmi olmasını açıqlamışdı. Qeyd edək ki, Ancelina Coli 2002-ci ildən BMT-də çalışır. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31