“Azərbaycanın səsi” gənc istedadları üzə çıxardır

ATV kanalı muğam, təsnif, xalq mahnılarının təbliği ilə bərabər Azərbaycan estradası nümunələrininə də xüsusi yer ayırır. Muğam sənətində öz sözünü demiş xalq artistləri Alim Qasımov, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, əməkdar artistlər Fərqanə Qasımova, Təyyar Bayramov və s. verilişlərə dəvət edilərək tamaşaçılara muğam sənəti ilə bağlı məlumatlar verməklə yanaşı, öz ifaları ilə muğamlarımızın əvəzolunmazlığını bir daha efir vasitəsi ilə geniş kütləyə çatdırırlar. Eyni zamanda, gənc muğam ifaçıları da mütəmadi televiziya verilişlərində qonaq olaraq qabiliyyətlərini tamaşaçılara təqdim ediblər. Gənc istedadlara dəstək məqsədi ilə "Azərbaycanın səsi" layihəsi artıq efirdə öz işinə başlayıb. Azərbaycan estradasının, musiqisinin təbliğinə xidmət edən layihə istedadlı gənclərin istər Azərbaycanda, istərsə də xarici dövlətlərində tanınmalarında böyük əhəmiyyət kəsb edəcək. Səfurə Əlizadə, Eldar Qasımov, Aysel Teymurzadə kimi istedadlar məhz ATV kanalının yetirmələridir və artıq dünya musiqi ictimaiyyəti bu istedadlı gəncləri tanıyır. "OLAYLAR"İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31