Rəksanə İlhamla Fərizənin ailəsini konsertə dəvət etdi

Xəbər verildiyi kimi, müğənni Rəksanə "30 iyun - Sevgililər günü" münasibəti ilə sabah "Yaşıl teatrda" xeyriyyə konserti verəcək. Müğənni bu gün 20 yanvar şəhidləri İlhamla Fərizənin ailə üzvlərini də konsertə dəvət edib. Bu barədə şəhid İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev məlumat verib. "Bu gün Rəksanə xanımın qızı bizə gəldi. O, konsertə dəvətnamələri bizə verdi. Rəksanə xanımın özü ilə də telefonla danışdım. İlhamla Fərizəni unutmadığına, onlara belə dəyər verdiyinə görə, təşəkkürümü bildirdim. Həm də iki ağbircək ananı sevindirdiyinə görə ona minnətdaram. Ümid edirəm ki, digər müğənnilər də gələcəkdə "Sevgililər günü" ilə bağlı belə addımlar atacaqlar. Böyük məmnuniyyətlə ailəlikcə gedib konsertdə iştirak edəcəyik" - deyə, E.Alahverdiyev bildirib.

Qeyd edək ki, neçə illərdir 20 yanvar şəhidləri İlhamla Fərizənin toy günüləri - 30 iyun Azərbaycanda "Sevgililər günü" kimi qeyd olunur. "OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31