Azəri Günel: "Özümüzünkülərin deməsi daha pis oldu"

Günel Zeynalova “Onlar”da toy tarixini açıqlayıb

Türkiyədə yaşayan və orada çalışan müğənni İçərişəhərdə ev sahibəsi olmaq eşqinə düşüb. Günel deyir ki, əgər İçərişəhərdə ev hədiyyə etsələr, heç də geri çevirməz. Ev demişkən, o, toy gününün tarixini də açıqlayıb: "Yayda toyumun olmağını çox istəyirdim, amma qışa planlaşdırırıq. Bu yaxınlarda, hətta mediada toy avtomobilimin şəkli ilə bağlı  xəbər ediblər. O avtomobil dostumun qardaşının avtomobil salonunda vardı. Mən də çox bəyəndiyim üçün paylaşmışdım". 6 aydır ki, Bakıya ayaq basmayan Günel, yayılan dedi-qodulara bir növ səbəb yaratmışdı. Gündəmi zəbt edən "Güneli həbs edəcəklər" xəbəri  müğənnini də çox üzüb. O deyir ki, bu xəbərin yerli mediada yayılması onu daha çox sarsıdıb. "Bu 6 ay ərzində Türkiyədə işlərim vardı. "Hər şey dəyər" mahnısı üzərində hazırlıqlar gedirdi. Hətta Tunar da bu mahnıya çəkilmiş klipdə iştirak edib.  Yazırlar ki, guya məni tutublar. Başdanxarabdırlar da...Allah eləməsin. Neyləmişəm ki, məni tutsunlar? Təbii ki, əgər insanın alnına yazılıbsa, hər şey ola bilər. Özümüzünkülərin deməsi daha pis oldu". Gece.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31