3 ildən sonra birlikdə görüntüləndilər

İbrahim Tatlısəs və Demet toyda bir masa arxasında oturub

Bir zamanlar adları qalmaqallardan əksik olmayan Türkiyənin iki məşhur müğənnisi birlikdə görüntülənib.  3 il əvvəl küsən, sonra isə yenidən barışan İbrahim Tatlısəs və Demet Akalın ilk dəfədir ki, birlikdə kameralara tuş gəliblər. Belə ki, "Tatlıses TV"-nin baş direktorunun toy mərasimində iştirak edən müğənnilər eyni masa arxasında əyləşiblər. Onların bir masa arxasında olmaları təsadüfi olmayıb. Toy sahibləri bilərəkdən bu addımı atıblar.

Qeyd edək ki, Demet Akalının əri Okan Kurt və İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşegül Yıldızın da iştirak etdiyi nikah mərasimindən sonra "türk musiqisinin imperatoru" Twitter səhifəsindən "səninlə yenidən dost olmağımıza sevindim" yazıb. D.Akalın isə "elə mən də. Çox gözəl bir gecə idi" deyə cavab verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31