Fərhad Köçər qızının iddialarına cavab verdi

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Fərhad Köçərin qızı Yağmur bir neçə gün əvvəl məhkəmədə atasına qarşı şok iddialar irəli sürmüşdü. Axşam.az-ın "Haberler"ə istinadən məlumatına görə, ifaçı bu iddialara cavab verib. Müğənni 15 il əvvəl boşandığı həyat yoldaşından olan qızının onun haqqında "atalıq vəzifəsini yerinə yetirmir, sevgilisi Ömür Gedik və onun qızı ilə daha çox maraqlanır. Mən xəstə olanda onlarla tətilə çıxıb" sözlərinin yalan olduğunu söyləyib. O, Yağmurla münasibətlərinin qısa zaman ərzində yenidən düzələcəyinə əminliyini bildirib: "Qızım 10 ildir, mənimlə yaşayır. Bu günə kimi onun bütün təhsil, tibbi və digər xərclərini özüm ödəmişəm. İndi 17 yaşı var və yeniyetməlik dövrünün ən çətin anlarını yaşayır. Yeganə problemimiz ürək əməliyyatı ilə bağlı oldu. Anası onu yunan, mən isə türk həkiminə əməliyyat etdirmək istəyirdim".

Qeyd edək ki, müğənni qızının allergiyası olduğunu bilə-bilə atasının evdə pişik və it saxlaması ilə bağlı iddialarına da aydınlıq gətirib: "Qızımın allergiyası yoxdur. Xəstəxanada analiz verdik və nəticələr müsbət oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31