Məşhur türk aktyor orqanlarını bağışladı

Türkiyənin ən məşhur sənətçilərindən biri, tanınmış aktyor Kadir İnanırdünən İstanbuldakı Memorial Şişli Oqan Nəqli Mərkəzində idi. Mərkəzdə orqan transplantasiyasına ehtiyacı olanlara yardım məqsədilə keçirilən aksiyaya bu qurumun sədri Münçi Kalayoğlu, sədr müavini, professor Koray Acarlı, habelə Memorial Şişli Hospitalından professorYunus Aydın da qatılmışdı. Milli.Az AHT-yə istinadən bildirir ki, Kadir İnanır mərasimə teatr aktrisasıJülide Kuralla yollanmışdı. "Məni sevən, sayğı göstərən, vicdanı və mərhəməti olan hər kəsi orqanlarını bağışlamağa dəvət edirəm. Vəsiyyət edirəm ki, öləndən sonra orqanlarımı ehtiyacı olanlara versinlər. Bunu ardıcıllarımın olacağına güvənərək edirəm. Yaşıma kimsə aldanmasın. Orqanlarım güclü və sağlamdır. Xüsusilə də gözlərim və ürəyim əladır", - Kadir İnanır deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31