Aktrisa həbs oluna bilər

Yol polisləri Dəniz Çakırı sərxoş vəziyyətdə saxlayıblar

Məşhur türk aktrisası Dəniz Çakır içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə, sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınıb. Yol polisinin yoxlamaları zamanı aktrisanın sərxoş olduğu ortaya çıxıb. Bundan başqa, İstanbul Cinayət Məhkəməsində Dəniz Çakır haqqında mühakimə başladılıb. 2 illik həbsi tələb edilən Çakır öz müdafiəsində belə ifadə verib"Maşınımla yaxınlıqdakı avtodayanacaqdan çıxdım. 15 metr irəlidəki evimə gedirdim"- deyərək özünə haqq qazandırmaq istəyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31