Hamilə aktrisanın toyu oldu
Mihrimah Sultan toyunda iki gəlinlik geyinib
25 İyun 2014 14:01 Mədəniyyət"Muhteşem yüzyıl" serialında Mihrimah Sultanı ərə getdi. Adıçəkilən rolu canlandıran gənc aktrisa Pelin Karahanın ötən gün iş adamı Bədri Güntayla toyu baş tutub. Hamilə Pelinin nikah şahidi aktrisa Nur Fettahoğlu, Bədri Güntayın isə Fatih Terim və Əmrə Bələzoğlu olub. Pelin toyunda iki müxtəlif gəlinlik geyinib.
Qeyd edək ki, 3 aylıq hamilə olan P.Karahan keçmiş ərindən boşandıqdan sonra 300 günlük boşanma müddətini gözləməmək üçün məhkəməyə müraciət edib. O, hamiləlik səbəbindən yenidən evlənməyə icazə istəyib. Pelin Karahanın ilk həyat yoldaşı özünün idman müəllimi Ərdinç Bəkiroğlu olub. Aktrisa indiki əri ilə də idman salonunda tanış olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31