Qızından Fərhad Köçərə qarşı şok iddia

Türkiyəli müğənni Fərhad Köçərin keçmiş həyat yoldaşı, dosent Bərna Hocaoğlunun müğənnidən şikayəti əsasında Beykoz prokurorluğunda başladılmış məhkəmə prosesində, 17 yaşlı qızı atasına qarşı şok iddialar irəli sürüb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 2 yaşında olanda valideynləri ayrılarkən anasına verilsə də, Fərhad Köçər 2011-ci ildə qızını anasından geri alıb. 14 yaşından etibarən atası ilə yaşayan, astma və ürək xəstəliklərindən əziyyət çəkən qızcığaz məhkəmədə ifadəsində müğənninin onun xəstəliklərinə biganə yanaşdığını söyləyib: "Astmama səbəb olan it və pişikləri məndən üstün tutur. Ömür Gedikin qızı ilə daha çox maraqlanır, nəinki mənimlə. 2012-ci ildə əməliyyat olundum, ancaq o, məni həkimlərin yanında qoyub Ömür Gedik və qızı ilə tətilə çıxdı. Evdən gedəcəyimi söyləyəndə "vecimə deyil, hara gedirsən, get" cavabını verdi. Evi tərk elədim. İsveçrədən gələn həkimlə razılaşmışdıq ki, ürək əməliyyatı olacam, amma atam qoymadı və əməliyyatım baş tutmadı. Atamdan şikayətçiyəm".

Qeyd edək ki, Fərhad Köçər uzun müddətdir, aparıcı Ömür Gediklə bərabər yaşayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31