Rafet El Roman yenə Bakıya gələsi olmadı?

Türkiyəli müğənni Rafet El Romanın "Ramada Resort Hotel"də sabaha planlaşdırılan konserti yenidən təxirə düşüb.Milli.Az-ın məlumatına görə, konsert sentyabrda baş tutacaq. Proqramın təxirə salınmasına səbəb məkan dəyişikliyi olub. Təşkilatçı Nahid Emiloğlunun sözlərinə görə, nəzərdə tutulan konsert daha böyük bir yerdə - "Yaşıl Teatr"da keçiriləcək.Qeyd edək ki, Rafetlə birlikdə səhnəni müğənni Günay İbrahimli paylaşmalı idi, aparıcı isə Zaur Nəbioğlu olacaqdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31