Baba Vəziroğlu ilə müğənni Yaşar Cəlilovun bağ səfası VIDEO
23 İyun 2014 13:40 MədəniyyətTanınmış nəğməkar-şair Baba Vəziroğlu ilə müğənni Yaşar Cəlilovun əməkdaşlığı ailə dostluğuna çevrilib. "Olaylar"a verilən məlumatına görə, ötən gün Y. Cəlilov şairi ailəsi ilə Mərdəkandakı bağ evinə qonaq dəvət edib. Hər iki ailə birlikdə maraqlı bazar günü istirahəti keçiriblər. Əməkdaşlığa vəsilə olan teleaparıcı, Y. Cəlilovun prodüseri Vüsalə Kərimova şairlə müğənninin əməkdaşlığının daha bir mahnı ilə davam edəcəyini bildirib. Xatıraladaq ki, Y. Cəlilov sözləri B. Vəziroğlu, musiqisi Kamala (Kəmaləddin Heydərov) məxsus "Ulduzlu gecə" mahnısını ifa edib. Mahnı qısa zamanda dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31