Hamilə aktrisa xına yaxdı

Sabah Mihrimar sultanın toyudur

Dünyanın onlarla ölkəsində böyük tamaşaçı kütləsinə sahib olan "Muhteşem yüzyıl" serialının Mihrimar Sultanı toya hazırlaşır. Adıçəkilən rolu canlandıran akrtisa Pelin Karahan yaxın rəfiqələrini və ailə üzvlərini ətrafına toplayıb özünə xına mərasimi keçirib. Aktrisanın nişanlısı Bədri Güntayın evində təşkil edilən gecədə cütlüyün yaxın dostları qonaq olub. 2 gün sonra ailə quracaq Pelin xınada Mihrimah sultan obrazının geyimində olub. 4 aydır birlikdə olduğu və hamilə qaldığı şəxs ilə evlənmək qərarına gələn Pelinin xına mərasimini Fulya Terimin şirkəti "Terim Events" təşkil edib. Cütlüyün toy mərasimi sabah Adiqle Sultan Sarayında keçiriləcək. Əlamətdar günün media nümayəndələri üçün qapalı keçəcəyi deyilir.

Qeyd edək ki, aktrisanın ailə quracağı şəxs Bədri Güntay "Beynəlxalq Xüsusi Təhlükəsizlik A.Ş."-nin idarə heyəti rəhbəridir. Bu aktrisanın ikinci evliliyidir. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31