Aybəniz Haşımova Konçitanın Fəridi bəyənməsindən danışdı

"Fərid Məmmədov Azərbaycan oğullarının adına layiq övladdır"

"Fərid Məmmədov Azərbaycan oğullarının adına layiq övladdır". Bunu əməkdar artist Aybəniz Haşımova "Eurovision 2014"ün qalibi olan transvistit Konçitanın Fərid Məmmədovu bəyənməsi haqqında fikirlərinə münasibət bildirirərkən deyib. Müğənni "Facebook" səhifəsində Fəridin uşaqlıq illərindən dünya musiqisinə müraciət etdiyini deyib. "O, bu ilki "Eurovison" qalibinin mahnısını oxuyubsa bu o deməkdir ki, o nəğməni bəyənib. Buna başqa don geyindirmək lazım deyil. Fəridin əqidəsinə mənim qədər heç kəs bələd ola bilməz. Fərid ölkəmizin nadir istedadlarındandır. Onları yerə endirmək yox ucaltmaq lazımdır".

Qeyd edək ki, F.Məmmədov Konçitanın mahnısını ifa edib. Avstriya təmsilçisi Fəridə evlilik təklifi edib. "Əgər məni bəyənirsənsə, barmağıma üzük tax!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31