Viktor Hüqoya "fahişə oğlu" dedilər

İmtahandan kəsilən tələbələr qəzəblərini yazıçını söyməklə soyutdular

 Hələ 1864 ildə yazdığı məşhur "Uilyam Şekspir" əsərində akademik təhsil sistemini kəskin tənqid edən fransız klassiki Viktor Hüqo (1802-1885) elə fransız gənclərinin qəzəbinə tuş gəlib.ANS PRESS-in məlumatına görə, bakalavr imtahanından kəsilən tələbələr dahi yazıçını söyməklə qəzəblərini soyudublar. Tələbələrin Tvitterdə yazdıqlarına görə onların bu qəzəbinə səbəb bakalavr dərəcəsi almaq üçün fransız ədəbiyyatından kəsilmələri olub. İmtahanın ən çətin sualları Victor Hüqo, Louis Araqon və Klaudio Roy kimi yazıçılarıln əsərlərilə bağlı olub. İmtahandan kəsilən tələbələr adıçəkilən yazıçılardan acıqlarını söyüşlərlə çıxıblar.Ən pis təhqirlərə məruz qalan Viktor Hüqo olub. "Səfillər" və "Paris Notr Dam kilsəsi" kimi məşhur romanlarının müəllifi tvitterdə "fahişə oğlu" və daha ağır söyüşlərlə təhqir olunub.Digər şərhlər arasında belələri də olub: "Victor Hugo sənə küçədə rast gəlsəm özünü ölmüş bil"."Victor Hugo, Aragon və Roy - sizə nifrət edirəm. Əslində poeziyaya nifrət edirəm. Daha doğrusu, bakalavr imtahanına nifrət edirəm, vəssalam"."Victor Hugo sənə görə bakalavr imtahından kəsildim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31