Xanım Qafarovanın vəziyyəti düzəlmir: ana çıxılmaz vəziyyətdə
Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarova Milli Onkoloji Mərkəzdən evə buraxılır
20 İyun 2014 13:55 MədəniyyətBu barədə aznews.az-a aktrisanın anası məlumat verib. O deyib ki, bu günə qədər edilən müalicə prosedurlarına baxmayaraq, X. Qafarovanın səhhətində müsbət irəliləyiş əldə olunmayıb: "Xanım 10 gündən artıqdır ki, xəstəxanadadır. Çoxlu qan vursalar da analiz bədənində qanın az olduğunu göstərir. Bu isə o deməkdir ki, edilən müalicənin faydası olmayıb. Ona görə də həkimlər Xanıma evə getməyi məsləhət biliblər". X. Qafarovanın anası əlavə edib ki, artıq nə edəcəyimi bilmir: "Nə edəcəyimi bilmirəm. Ana-bala bas-başa yaşayırdıq. Azyaşlı qızı necə böyüdəcəyəm, Xanıma nə deyəcəyəm, heç bilmirəm? Uşağı Xanımın Türkiyədə olduğunu düşünür". Qeyd edək ki, Xanım Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. Xəstəliklə əlaqədar olaraq aktrisa 3 dəfə əməliyyat olunub.