Sibel Candan sinə dekoltesi VIDEO
20 İyun 2014 10:35 MədəniyyətTürkiyənin Antalya şəhərində keçirilən 11-ci "Qızıl Nar" mədəniyyət və incəsənət festivalı başa çatıb.ANS PRESS-in məlumatına görə, 16-19 iyun tarixlərində Antalyanın Kəmər rayonunda keçirilən 11-ci "Qızıl Nar" mədəniyyət və incəsənət festivalının ilk günündə səhnəyə Hadisə, son günündə isə Sibel Can çıxıb. Kəmər bələdiyyə sədri Mustafa Gül Sibel Canı rayonlarında gördüküləri üçün xoşbəxt olduğunu dilə gətirib. Müğənninin səhnəyə çıxması kəmərliləri və festival iştirakçısı olan turistləri coşdurub.On min nəfərin iştirakı ilə baş tutan festivalın son gecəsində Sibel Can öz canlı ifası və cazibədar rəqsləri ilə izləyicilərin qəlbini oxşayıb. Daha sonra qonaqlara yaxınlaşaraq onlarla "selfi" şəkillər çəkdirib. Müğənninin geyindiyi sinə dekolteli paltar isə paparazzilərin hədəfində olub.Onu da qeyd edək ki, festival 3 gün davam edib. Festivalın ilk günü Hadisə, ikinci gün Mustafa Ceceli, sonuncu gün isə Sibel Can iştirakçıları öz səhnə performansı ilə coşdurub.