Bərən Saat gəlinliyini Londondan gətirdib
19 İyun 2014 13:59 MədəniyyətTürkiyəli müğənni Kənan Doğulu və aktrisa Bərən Saat iyulun 27-də Amerikada evlənəcəklər. Axşam.az "acunn.com"a istinadən xəbər verir ki, cütlük artıq toy hazırlıqlarına başlayıb. Los-Ancelesdə baş tutacaq toyda cütlüyün yaxınları və bir sıra tanınmışlar iştirak edəcəklər. Qonaqlar yol və otel xərclərini özləri ödəyəcəklər. Kənan və Bərənin nikah şahidləri isə Yılmaz və Bəlçim Ərdoğan olacaq.
Qeyd edək ki, Saat xəyalını qurduğu gəlinliyi hələ fevraldan Londondan alıb. Belə ki, toy tarixi daha əvvəl aprelin 20-nə təyin olunsa da, daha sonra təxirə düşmüşdü. Aktrisanın nişanlısının isə başı yaman qarışıqdır. Kənan Doğulu bacısının sabahkı toyuna və iyunun 26-da keçiriləcək konsertinə hazırlaşır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31