Nejat İşlərin barmaqları kəsildi

Ağciyər infeksiyası və nəfəs çatışmazlığı səbəbindən septik şok keçirən və 95 gün reanimasiyada yatan türkiyəli aktyor Nejat İşlər yenidən əməliyyat olunub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor ötən günlərdə sağ əl barmaqlarındakı göyərmələrə görə yenidən xəstəxanaya yollanıb. Beş saat davam edən əməliyyat zamanı İşlərin iki barmağı amputasiya edilib, digər üç barmağında isə aşılanma aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31