Tanınmış türkiyəli müğənni Əmrah evləndi

Tanımış türkiyəli müğənni Əmrah evlənib. Ailem.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 44 yaşlı müğənni 2 ildir sevgili olduğu Sibel Kirər adlı xanımla ailə qurub. Xəsisliyi ilə ad çıxaran müğənni toyuna təxminən 70 qonaq dəvət edib. Toyda yemək verilməyib və qonaqlara ancaq çaxır və desert təklif edilib. Toy çox uzun çəkməyib və az əyləncəli olması ilə diqqət cəlb edib.
O da qeyd edilir ki, daşınmaz əmlak milyoneri olan Əmrah həyat yoldaşı evlilik müqaviləsi də imzalayıb. Müqaviləyə görə, yeni gəlin Sibel Kirər evlilikləri ərzində Əmrahın aldığı malların heç birinə şərik olmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31