Efirdə biabırçılıq: Əli Mirəliyev Səməd Səmədovu təhqir etdi
19 İyun 2014 11:39 MədəniyyətMüğənni Əli Mirəliyev canlı yayımda xalq artisti Səməd Səmədovu təhqir edib.Publika.az-ın məlumatına görə, müğənni ATV-nin "Big şou" proqramında görün nələr deyib: "Səməd oxuyan deyil, vaxtilə mənim yanımda aparat daşıyıb, sonra ionika çalıb. Mən bir dəfə onun yanında "Gecələr bulaq başı" mahnısını oxudum və soruşdum ki, bu mahnının bəstəkarı kimdir? Dedi ki, Cahangir Cahangirov. Dedim, alə, kül ağlına, bu mahnının bəstəkarı Elza İbrahimovadır. O adam Azərbaycan dilində danışmağı bilmir. İndi-indi öyrənir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31