Hadisəni səhnədə belə gördülər VIDEO

15 kilo arıqlayaraq 52 kiloya qədər düşən Hadisə yenidən kökəlib

 Türkiyənin Antalya şəhərində keçirilən festival iştirakçılar tərəfindən çox bəyənilib.ANS PRESS-in məlumatına görə, Antalyanın Kəmər rayonunda keçirilən 11-ci "Qızıl Nar" mədəniyyət və incəsənət festivalının ilk günündə səhnəyə Hadisə çıxıb. Onun səhnəyə çıxması kəmərliləri və festival iştirakçısı olan turistləri coşdurub.On min nəfərin iştirakı ilə baş tutan festivalda Hadisə təxminən 2 saat səhnədə oldu. O, bir-birindən hit mahnıları və cazibədar rəqsləri ilə izləyicilərin qəlbini oxşayıb. Diqqət çəkən başqa bir məqam isə 15 kilo arıqlayaraq 52 kiloya qədər düşən Hadisənin yenidən kökəlməsi olub.Onu da qeyd edək ki, festival 3 gün davam edəcək, ikinci gün Mustafa Ceceli, sonuncu gün isə Sibel Can iştirakçıları öz səhnə performansı ilə coşduracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31