Əməkdar artistdən gözlənilməz açıqlama
Əməkdar artistin bu etirafı hər kəs üçün gözlənilməz oldu
18 İyun 2014 18:06 MədəniyyətBu gün "Günaydın" verilişinin mövzusu məşhurların hər zaman müsbət əhval-ruhiyyədə qalmaqları üçün seçdikləri metodlara həsr edilib. Verilişin qonaqları qismində studiyaya təşrif buyuranlar arasında əməkdar artist Əkbər Əlizadə də olub. Aktyor daha çox onun əhvalını nə poza bilər, o haqqda danışıb. Əkbərin etdiyi bu etiraf isə verilişin digər qonaqlarının təccübünə səbəb olub:
"Bəlkə də, indi bu fikrimə görə tamaşaçılar məni qınayacaq. Deyirəm ki, həmişə mən malımı canımdan çox istəyirəm. Kimsə deyir malıma, əşyalarıma xəta toxunsun, canıma heç nə olmasın. Amma mənim eynəyimin şüşəsi qırılsın, maşınıma yaxud da cızıq düşsün, ayaqqabımın burnu aralansın ha, elə bil dünya başıma fırlanır. Məndən asılı deyil. Mən malımı çox istəyirəm, ay camaat. Evdə bir stəkan düşüb yerə sınsa, sabaha qədər danışaram mən: "O niyə sındı? Sınmamalıydı"". Gece.az