Əbülfəs Qarayev gürcüstanlı həmkarı ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət naziri Quram Odişariya ilə görüş keçirib. Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb. Görüşün sonunda Q.Odişariya Ə.Qarayevə Azərbaycana səfərinin yüksək səviyyədə təşkil edilməsinə görə öz təşəkkürünü bildirmiş və iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə əmin olduğunu bildirib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31