Anara professor adı verildi

Azərbaycan Yazıçılar Birliyinə dünən yenidən sədr seçilmiş Anar bu günlərdə yeni elmi ada layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından Modern.az saytına verilən məlumata görə, Anar Rəsul oğlu Rzayevə professor elmi adı verilib. Elmi adın sənədinin Anara təqdimatı bu yaxınlarda Ali Attestasiya Komissiyasının binasında olub. Azərbaycan Yazıçılar Birliyindən də Anarın professor adı aldığı təsdiqlənib və bildirilib ki, bu təqdimat ötən ay - mayın 2-də gerçəkləşib, sadəcə ictimaiyyətə xəbər verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31