İlhamə Quliyeva küsdü, Coşqunun qızının toyunu yarımçıq tərk elədi

Xəbər verdiyimiz kimi, iki gün öncə "Bu şəhərdə" komandasının üzvü Coşqun Rəhimovun qızı Günel ailə həyatı qurub

Aktyorun xoş günündə illərdir küsülü olan xalq artistləri İlhamə Quliyeva və Flora Kərimova da iştirak ediblər. Əldə etdiyimiz məlumata görə, məclisdə xalq artistləri arasında ayrı-seçkilik yaşanıb. Belə ki, ev sahibinin İlhamə Quliyevadan öncə Flora Kərimovaya söz verməsi xanım Quliyevanı özündən çıxardıb. O, bu hadisə ilə barışmayıb məclisi yarımçıq tərk edib. Flora Kərimovaya İlhamə Quliyevadan öncə söz verilməsinin səbəbi isə xanım Kərimovanın toya ondan öncə gəlməsi olub. Toy sahibi isə adət-ənənəyə uyğun olaraq bu addımı atıb. İlhamə Quliyevadan fərqli olaraq, Flora Kərimova sonadək məclisdə iştirak edib. Gece.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31