Əməkdar artist 5 milyon manat istədi

Əməkdar artist Almaz Ələsgərli aktrisa kimi də fəaliyyətə başlayıb

Oğurlanmış arzular" serialında rol alan müğənni ekran işinin bitməsi ilə əlaqədar rejissorlara müraciət edib. İfaçı "Şou+" verilişinə açıqlamasında rejissorlardan dəvət gözlədiyini deyərək, arzuladığı qonorarın məbləğini söyləyib: "Serial çəkilişi uzaqdan asan görünür, amma çox çətindir. Aktrisalığın öhdəsindən gəlmişəm. Rolumu elə oynadım ki, aktrisalardan da yaxşı alındı. Bir ilə yaxındır ki, seriallardayam. Bir balaca kadr nə qədər əziyyətlidir. Tədbirlərə də getmirdim, yorulurdum. Gözəl bir iş idi. Oturub ona baxanda deyirdim ki, mən özümü doğrultmuşam. Bundan sonra seriala çəkilmək üçün 5 milyon manat istəyəcəm. Təbii ki, bu, zarafatdır. Serial arzum idi, çəkildim, bitdi. Bundan sonra da toylara gedəcəm". Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31