Günelin nişanlısı Bakıya gəlir

Azəri Günel: “Fındıq Bakıya gəlir. Sabah verilişdən sonra”

Türkiyədə yaşayan və yaradıcılıqla məşğul olan azərbaycanlı müğənni Azəri Günel Zeynalova vətənə gəlib. Ötən günlərdə Moskvada el şənliyində çıxış edən ifaçı Bakıya gələr-gəlməz nişanlısını da çağırıb. Bu gün yerli telekanallardan birində qonaq qismində iştirak edəcək Günel bu barədə sosial şəbəkədə məlumat paylaşıb. G.Zeynalova nişanlısı İnancla fotosunu "Fındıq Bakıya gəlir. Sabah verilişdən sonra" şərhi ilə paylaşıb. Xatırladaq ki, xeyli müddətdir ki, nişanlısı İnanc ilə foto paylaşmayan ifaçı barədə xoşagəlməz şayiələr yayılmağa başlamışdı. Bir çoxları onların ayrıldığı barədə xəbərlər yazırdı. İfaçı bu şaiyələri yayanlara cavab olaraq bildirib ki, münasibətlərinə göz dəyəcəyindən, nəzərdən çəkindiyi üçün gözdənkənar yaşamaq qərarına gəlib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31