Yazıçılar Birliyinin üzvləri 14 min manat üzvlük haqqını ödəməyib
17 İyun 2014 13:36 MədəniyyətAzərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri indiyədək ümumilikdə 14 min manat üzvlük haqqını ödəməyib.APA-nın məlumatına görə, bunu AYB-nin XII qurultayında Təftiş Komissiyasının sədri, professor Qəzənfər Paşayev deyib.Onun sözlərinə görə, birliyin əsas gəlirləri "Bayatı" kitab mağazası və ədəbi orqanlardandır: "Sirr deyil ki, bu gün ədəbi jurnallardan və qəzetlərdən ciddi mənada gəlir götürülmür. Ona görə də səmimi desəm, bizim - komissiya üzvlərinin və mənim fəaliyyətim o qədər də geniş olmadı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31