Türkiyənin ən gözəl qızı və oğlanından seksual foto

Cansu və Caner İrina Şeyk və Ronaldonun "Vogue" dərgisinin üz qabığı pozasını təkrarlayıblar

"Best Model of Turkey 2014" yarışmasının qalibləri seçilən Cansu Melis Karakuş və Caner Tanrıverdi iddialı fotoları ilə media qarşısına çıxıb.ANS PRESS-in məlumatına görə, jüri qismində əyləşən zövqlü insanların zövqlərinə uyğun gələn Cansu və Caner məşhur "Vogue" jurnalının Türkiyə versiyasında yayımlanacaq fotosessiya üçün obyektiv qarşısına keçiblər.1.85 sm boylu xanım idddialı addımlarla model biznesinə gəldiyini deyib: "Mən model olmaq üçün doğulmuşam", -deyə o bildirib.Cansunun böyük arzusu isə Türkiyəni xarici ölkələrdə təmsil etməkdir.Cansu və Caner bir müddət öncə İrina Şeyk və sevgilisi Ronaldonun "Vogue" dərgisinin İspaniya nəşri üçün çəkdirdikləri üz qabığı pozasını təkrarlayıblar. 4 saat davam edən çəkilişlər nəticəsində bir-birindən maraqlı şəkillər ortaya çıxıb.Fotosessiya sosial mediada yayımlandığı andan etibarən müzakirə obyektinə çevrilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31