Bərən Saat Kösəm Sultan rolunda
13 İyun 2014 13:28 Mədəniyyət"Star" kanalında yayımlanan "Möhtəşəm yüz il" serialının final səhnəsində il yarım sonra ekranlara gələcək yeni "Möhtəşəm yüz il: Kösəm Sultan" serialının ilk videoçarxı təqdim olunub. Axşam.az "Hürriyət"ə istinadla xəbər verir ki, həmin videoçarxdan sonra türk mətbuatında Kösəm Sultan rolunu kimin oynayacağı ilə bağlı müzakirələr başlayıb. Tamaşaçılar arasında "Məryəm Üzərli Hürrəm Sultan obrazından sonra yenidən Kösəm Sultan rolunda geri dönəcək" fərziyyələri gəzsə də, kanalın rəhbərliyi bu rola ən yaxşı namizəd kimi Bərən Saatın adını çəkib.ç Qeyd edək ki, filmin təqdimatında Kösəm Sultan rolunda çəkilən qızın qumral olması dedi-qodulara səbəb olub. Osmanlı tarixinin ən güclü qadınlarından olan Kösəm Sultan 1590-cı ildə Yunanıstanda anadan olub. Əsl adı Anastasiyadır və 15 yaşında ikən İstanbula göndərilib. Sultan I Əhmədin xanımı olan Kösəm iti ağlı ilə qısa bir zamanda bütün saraya öz nüfuzunu qəbul etdirib. Kösəm Sultan Osmanlı tarixində oğlanlarının və nəvəsinin padşahlığını görən yeganə qadındır.