“Avroviziya-2014” müsabiqəsi təşkilatçılara 3,7 milyon ziyan vurub
13 İyun 2014 10:06 MədəniyyətBu il Danimarkada keçirilən "Avroviziya-2014" mahnı müsabiqəsi təşkilatçılara 20,3 milyon kron (3,7 milyon dollar) ziyan vurub.Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, tədbirin təşkilatçılarından biri, "Beautiful Copenhagen" turist agentliyinin Direktorlar Şurası xərclərlə bağlı hesabatında bu haqda açıqlama verib.Dəyən ziyanın həcmini azaltmaq üçün təşkilatçılar tədbirdən qalan qurğuları satmaq istəyir. Məlumata əsasən, müsabiqənin final mərhələsinin Danimarka televiziyasında yayımlanması üçün şirkətin prodüseri 17,8 milyon kron borc alıb. Bu məsələ tərəflər arasında hüquqi araşdırmaya səbəb olub.Mənbə bildirib ki, hələ hesablamalar tam aparılmayıb və dəyən ziyanın daha çox olduğu ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31