İradə Türkiyədə növbəti klipini çəkdirir
Çəkilişlər İstanbulda, dəniz kənarında aparılıb
12 İyun 2014 13:34 MədəniyyətTürk vətəndaşı ilə ailəli olan və orada yaşayan azərbaycanlı müğənni İradə İbrahimovadan yeni xəbər var. Sənətçi daha bir klipini qardaş ölkədə ekranlaşdırmaq qərarına gəlib. Söz və musiqisi Şəhrizada məxsus türk mahnısını Gülşən Aybaba ekran həyatı verib. Xatırladaq ki, sözügedən rejissor sənətçimizin sayca ikinci klipinin müəllifidir. Çəkilişlər Kilyosda və İstanbulun bəzi yerlərində, eyni zamanda dəniz kənarında aparılıb. İradə İbrahimova klipin sujet xətti olmadığını və müxtəlif geyim, məkanlarda çəkildiyini diqqətə çatdırıb. Uzun illərdir qısa saç forması ilə görməyə alışdığımız İradə ibrahimova bu klipə görə imicində də dəyişikliklər edib. O saçlarını uzadaraq rəngini dəyişib, ifaçı bu formaya öyrəşmək üçün ona bir müddət lazım olacağını da dilə gətirib.