Sevinc Tofiqqızı “Yetim” də rol aldı

Tanınmış bəstəkar Sevinc Tofiqqızı "Azeri" production çəkdiyi  "YETİM" filmində rol alıb. Bu yaxınlarda kinofestivala gedəcək filim haqqında Sevin xanım bunları deyib: "Yeni çəklilən "YETİM" filmində rol aldım. Bu film  festivala da gedəcək. Bu Festival haqqında  hələ çox acıqlama vermirəm, qoy  surpriz kimi qalsın. Bu film analara həsr olunur. Film balaca bir qızın  anasını itirməsindən bəhs edir. Bu balaca qız hər zaman ana həsrətiylə yaşayır. Film cəbhə bölgəsində,  Tərtər  rayonunda çəkilib. İnaniram ki,  film çox maraqlı və uğurlu  olacaq". Sevinc xanım onu da qeyd edir ki,rejissor Rəsad Qarayevdən film üçün həm kompozisiya yazmaq,  həm də ana roluna çəkilmək təklifi anidən olduğunu söyləyib: " Bu təklif mənə anidən oldu. "YETİM" filminə gözəl saundtreklər və kompozisiyalar bəstələdim". Məlumat üçün bildirək ki, "YETİM" filminin rejissoru Rəşad Qarayev, montajı Firdovsi  Nəbiyev, senarist Nahid Abbaszadə, quruluşcu operator Emin Hüseynov, aktyorlar  Mehman Məmmədov, əməkdar artist Leyli Vəliyeva, balaca qız Nərmin İmanquliyeva və filmin bəstəkarı və ana rolunda Sevinc Tofiqqızıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31