Hürrəm qayıdır
Aktrisa yarışmada müsif olacaq
10 İyun 2014 19:10 MədəniyyətHürrəm sultan obrazı ilə məşhurlaşan aktrisa geri qayıdır. Türk əsilli alman aktrisa Məryəm Üzərli müsif olacaq. Aktrisa qızı Laranı dünyaya gətirəndən sonra gələn təklifləri dəyərləndirməyə başlayıb. Müsiflər heyyyətində olacaq aktrisa qabiliyyəti olanları seçəcək. M.Üzərli "Muhteşem Yüzyıl" serialındakı roluna görə, nəinki Türkiyədə, bütün dünyada böyük heyran kütləsi qazanıb.
Qeyd edək ki, aktrisa ötən il heç kimə xəbər vermədən serial çəkilişlərini yarımçıq saxlayaraq Almaniyaya qayıdıb. Onun "tükənmişlik sindromundan" əziyyət çəkdiyi deyilsə də, sonradan hamilə olduğu bəlli olub. Aktrisa bu ilin fevral ayında ana olub. Anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31