Məşhur müğənninin konsertində işıqlar kəsildi
Muazzez Ersoy səhnədə 5 dəqiqə generatorun yenidən işə düşməsini gözləyib
9 İyun 2014 12:24 MədəniyyətTürkiyənin məşhur müğənnilərindən olan Muazzez Ersoy isə səhnədə çətin vəziyyətə düşüb. ANS PRESS-in məlumatına görə, hadisə Karaman vilayətində baş verib. Muazzez Ersoy bu vilayətdə mayın 13-də verməli olduğu, lakin Soma faciəsinə görə təxirə salınan konserti zamanı çətin anlar yaşayıb. Müğənni konsertin fəxri qonaqlarının qarşısında əyləşib mahnı ifa edərkən birdən generatorda nasazlıq yaranıb və işıqlar kəsilib. Səhnəyə qayıdan müğənni 5 dəqiqə zaldakılarla birlikdə işığın yanmasını gözləyib. Ersoy bu vəziyyəti yumor hissi ilə qarşılayıb və "Bizim enerjimizə generator da tab gətirə bilmədi. Allah pis gözlərdən və nəzərdən qorusun" deyərək, konserti davam etdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31