Ebru Gündəşin atası küçələrdə yaşayır
"Utanmasaydım gedib Bülənt Ersoydan pul istəyərdim, amma Ebrudan heç vaxt"
9 İyun 2014 11:16 MədəniyyətŞou-biznes Məşhur türk müğənnisi Ebru Gündeşin evsiz küçələrdə yaşayan atası Rəmzi Gündəş şok açıqlamalar verib. Milyon dollarlıq imarət və lüks maşınları ilə göz qabağında olan sənətçinin atası illər sonra yenidən danışıb. İş adamı Reza Zərrabla ailə həyatı quran ifaçının 70 yaşlı atası hal-hazırda Bakırköydə yerləşən köhnə əşyaların satışı ilə məşğuldur elə oradaca yaşayır. Qızı haqqında çox danışmaq istəmədiyini deyən Rəmzi bəy Ebrunun onu heç vaxt axtarmadığını deyib: "Nəvəm var, amma qızım olmadığı üçün nəvəmi də görə bilmirəm.Ən çox onu görmək istərdim"- deyib. Balaca 20 kv metrlik yerdə yaşayan R. Gündəşin bu həyatda ən sadiq dostunun onunla birlikdə yaşayan pişiyinin olduğunu deyib. Bundan əlavə olaraq: "Mən şərəfsiz bir insan olsaydım, indi dəbdəbəli villada yaşayardım. Şərəfim olduğu üçün belə haldayam. Dilənçi deyiləm. 70 yaşıma çatmışam, amma hələ də təqaüd ala bilmirəm, bunun üçün pul ödəməliyəm ödəyə bilmirəm. Acından ölərəm, amma kiminsə qapısına gedib, pul istəmərəm. Utanmasaydım gedib Bülənt Ersoydan pul istəyərdim, amma Ebrudan heç vaxt".
Qeyd edək ki, sənətçiyə yaxın olan ailədən bildirilib ki, Ebru atası üçün Bakırköydə ev alıb və ay pul göndərib. Bun abaxmayaraq Rəmzi Gündəş hər dəfə bu yardımı geri qaytarıb.