Dövlət Kukla Teatrında “Əlifba bayramı”
6 İyun 2014 17:24 MədəniyyətOnlar həm məktəbəqədər tərbiyə müəssisələrində , həm də birinci sinifdə oxuduqları müddətdə böyük ədib, milli uşaq ədəbiyyatımızın ən dəyərli incilərini yaratmış Abdulla Şaiqin adını da eşitmişdilər, şeirlərini, hekayələrini də.
Üstəlik müəllimələri onlara "Tıq-tıq xanım" və "Tülkü Həccə gedir", "Qar qız", "Qaraca qız" hekayələri barədə dönə-dönə danışmışdı. İyunun 2-də isə müəllimləri və məktəb rəhbərliyi onları bilavasitə Abdulla Şaiqin adını daşıyan ünvana, uşaqlar üçün onlarla tamaşanın hazırlandığı Dövlət Kukla Teatrına gətirmişdilər. İndi artıq Kukla Teatrının səhnəsində tanınmış artistlər deyil, "Əlifba bayramı" keçirən birincilər çıxış edirdilər. Cöhbət Bakının Yasamal rayonundakı Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbin 1E sinifinin şagirdlərindən gedir. Sinif rəhbəri - 20 ildən artıq "Əlifba bayramı" təşkil etmək təcrübəsi olan Ruqiyyə Nəbiyeva birinciləri bu əziz günə yüksək səviyyədə hazırlamışdır. Birincilər milli uşaq ədəbiyyatımızın nümunələri ilə yanaşı, dünya uşaq ədəbiyyatının bir sıra nümunələri əsasında da kiçik səhnəciklər hazırlamışdılar. Səhnəciklərin hazırlanmasında, kostyum geyimlərinin təşkil edilməsində Tatyana xanıma minnətdarlığını bildirmişdir.
Şən əhval-ruhiyyəni, oynaq musiqiləri və uşaqların bir-birindən gözəl ifalarını maraqla izlədiyimizi görən sinif rəhbəri Ruqiyyə xanım Nəbiyeva qeyd etdi ki, dövlətin və dövlət başçısının xüsusi qayğısı nəticəsində 60 nömrəli məktəb yüksək səviyyədə təmir olunub və tamamilə yenidən qurulub. Yəni, məktəbin özündə bu qəbildən olan tədbirlərin keçirilməsi üçün kifayət qədər imkan var. Ancaq biz ibtidai sinif şagirdlərinin estetik tərbiyəsinin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçiririk. "Əlifba bayramı"nın belə bir maraqlı ünvanda keçirilməsi də həmin layihələrdən biridir. Uşaqlar bu gün özlərini təkcə şagird kimi deyil, həm də həqiqi ədəbiyyat qəhrəmanları kimi hiss etdilər. Çünki, teatrın xüsusi ab-havası vardır. OLAYLAR