Həbs qərarı verilən Deniz Sekidən xəbər var
Sənətçi xərçəng hüceyrələri daşıyır
6 İyun 2014 16:51 MədəniyyətTürkiyəli məşhur müğənni Dəniz Səkinin narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum edilməsi qərarından sonra ifaçının gizlənməyinin səbəbi məlum olub. Sənətçi açıqlaması zamanı bildirib ki, tutulma əmrindən sonra əslində qaçmayıb. Daha əvvəl də iki dəfə əməliyyat olunduğu onkoloji problemlərinə görə həbsini yubadıbmış. Onun qadın xəstəliyindən müalicə olunduğu bildirilir.
D.Səkinin həkimi ona uşaqlığındakı kistanın 10 mm-dən böyük olduğunu və xərçəng hüceyrələri daşıdığını deyib. Sənətçi təcili əməliyyata girməli olsa da, "İz" adlı albomunu hazırlamaq və planlaşdırdığı konsertləri vermək üçün müalicəni təxirə salıb. Əməliyyata hazırlaşdığı günlərdə isə həbs qərarı verilib.
Qeyd edək ki, həbs qərarı çıxarıldıqdan sonra polis əməkdaşları Dəniz Səkini tapa bilməyiblər. Müğənninin telefonları bağlı olduğundan telefon vasitəsilə izləmək də alınmayıb. Polislər bir neçə dəfə onun 4 evinə gedib, saatlarla gözləsələr də heç bir xeyri olmayıb. ans