Əbülfəs Qarayev türkiyəli həmkarı ilə görüşüb
5 İyun 2014 13:42 MədəniyyətMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çeliklə görüşüb. Görüşdə iki ölkənin mədəniyyət və turizm əlaqələrinin hazırkı vəziyyəti, xüsusilə ölkələrimiz arasında əməkdaşlıq proqramının hazırlanması, YUNESKO-ya birgə faylların təqdim olunması, birgə turizm işçi komissiyasının yaradılması, cari ilin noyabr ayında Bakıda keçiriləcək Türkiyə mədəniyyət günləri və s. məsələlər ətraflı müzakirə olunub.
Əbülfəs Qarayev Ömər Çeliki Türkiyənin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə komitəsinə seçilməsi münasibətilə təbrik edib və onu Bakıya səfərə dəvət edib. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31