Alim Qasımovun diskləri İranda satışa çıxarıldı
Disklər “Avaye Barbad” Mədəniyyət və İncəsənət Müəssisəsinin təşkilatçılığı ilə satılır
4 İyun 2014 11:02 MədəniyyətAzərbaycanın Xalq Artisti Alim Qasımovun İranda diskləri satışa çıxarılıb.Məlumata görə, disklərə xanəndənin 2000-2004-cü illərdə Təbrizdə verdiyi konsertlər, eyni zamanda, bu il mayın 13-də Tehranda keçirdiyi konsertdən bir səhnə daxil edilib.Xanəndənin 2000-ci il konserti iki ədəd CD, 2004-cü il konserti isə bir ədəd DVD formatında buraxılıb.Disklər Tehranın "Avaye Barbad" Mədəniyyət və İncəsənət Müəssisəsinin təşkilatçılığı ilə satışa çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31