Tanınmış azərbaycanlı memar komaya düşdü
3 İyun 2014 18:36 MədəniyyətAzərbaycanın tanınmış memarı, əməkdar inşaatçı Emil Axundov ağır xəstəliyə düçar olub. Milli.Az Facebook sosial şəbəkəsinə istinadən xəbər verir ki, vaskulit xəstəliyi ucbatından onun böyrəklərinin və ağ ciyərlərinin fəaliyyəti dayanıb, bədənində daxili qanaxma baş verib. Əməkdar inşaatçı hazırda Türkiyədədir və 4 əməliyyat keçirib. Orqanizmini qorumaq üçün həkimlər onu medikamentoz komaya salıblar.
Qeyd edək ki, Emil Axundov Əhmədli, 8-ci kilometr qəsəbələrinin, Opera və Balet Teatrının, Moskva mehmanxanasının, "Gülüstan" sarayının tikintisində iştirak edib.
Axundov həyatını riskə ataraq Çernobl AES-dəki qəzanın nəticələrinin aradan qaldırılması işində iştirak edib. Çernobldan təxliyyə edilmiş insanların yerləşdirilməsi üçün Slavutiç qəsəbəsinin tikintisində iştirak edib.
Səfirliyin və yaxşı insanların sayəsində tanınmış inşaatçını Türkiyədəki klinikalardan birinə yerləşdirmək mümkün olub. O, hazırda lazımi müalicə kursu alır.
Onun klinikaya borcu 100 min dollardır. Bu qədər pul isə nə onun özündə, nə də yaxınlarında yoxdur.
Həkimlərin proqnozları xoşdur. Onu Bakıya gətirərək müalicəsini davam etdirmək lazımdır. Ancaq borc ucbatından ailəsi onu xəstəxanadan çıxara bilmir.
Zamanında bu insan çoxlarına yardım edib. İndi isə özünün yardıma ehtiyacı var.
E.Axundovun nəvəsi Sabina Əbiyeva ilə bu nömrə vasitəsi ilə əlaqə saxlamaq olar: (050) 312-22-27
Türkiyədəki klinikanın bank rekvizitləri aşağıdakılardır. Yardım etmək istəyənlər buraya pul köçürə bilərlər.
Akbank/Bakanliklar Şb. TR86 0004 6001 5388 8000 0221 76 TL İş Bankasi/Akay Şb. TR11 0006 4000 0014 2011 0772 87
TR10 0004 6001 5300 1000 0221 77 USD Halk Bankasi/Çukurambar Ticəri Şb TR24 0001 2001 3110 0010 1002 21
TR57 0004 6001 5303 6000 0221 78 EUR Ziraat Bankasi/Kavaklidere Şb. TR56 0001 0017 6554 6501 2450 01 TL
Yapi Kredi Bankasi/Başkent Şb. TR44 0006 7010 0000 0086 1825 45 TL TR79 0001 0017 6554 6501 2450 72 USD
Garanti Bankasi/Ankara Ticari Şb TR32 0006 2000 1700 0006 2971 1