Ancelina Coli kino ilə vidalaşır
3 İyun 2014 20:10 MədəniyyətHollivud ulduzu Ancelina Coli növbəti rolundan sonra kino ilə vidalaşacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Coli "BBC Radio 5 Live"ə müsahibəsində deyib. Gələcəklə bağlı planlarından danışan aktrisa indi Kleopatra roluna hazırlaşdığını bildirib.
"Bu rola yaradıcılığımın möhtəşəm finalı kimi baxmaq mümkündür. Belə roldan sonra daha nəyə cəhd etmək olar?" deyən aktrisa tezliklə kinodan ayrılacağına eyham vurub.
Qeyd edək ki, rejissoru hələ məlum olmayan filmin ssenarisini "Forrest Qamp", "Bencamin Battonun qəribə hekayəti" kimi filmlərin ssenari müəllifi Erik Rot yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31