Gülbən Ərgən Somada məktəb açacaq
2 İyun 2014 19:54 MədəniyyətTürkiyəli müğənni Gülbən Ərgən Bursada məktəb tikdirib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəbin açılış mərasimində iştirak edən müğənni, çıxışında "Uşaqlar gülsün deyə" dərnəyi olaraq daha çox kənddə məktəb tikmək üçün var-gücümüzlə çalışacağıq. Somadakı faciədə həlak olan fəhlələrə görə çox pis oldum. Növbəti məktəbi Somada açacağıq" deyib.
Qeyd edək ki, açılış lenti kəsilən məktəb Təhsil Nazirliyinə bağışlanılıb və burada 100 şagird məktəbəqədər təhsil alacaq. Yaradıcısı və rəhbəri Gülbən Ərgən olan "Uşaqlar gülsün deyə" dərnəyi daha əvvəl də Türkiyənin bir sıra bölgələrində məktəblər tikdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31