Ancelina Coli karyerasını başa vurur?
2 İyun 2014 20:05 Mədəniyyət"Bu elə bir roldur ki, bütün varlığını qoyursan və karyeranı başa vurursan - yaxşı mənada!" "Spletnik" xəbər verir ki, bu barədə dünya şöhrətli aktrisa Ancelina Coli "Radio 5"-ə müsahibəsində bildirib. Dünya şöhrətli aktrisa qədim Misir şahzadəsi Kleopatra rolunu oynayacağını deyib. Onun sözlərinə görə, filmin ssenari müəllifi Erik Rotdur. Coli hesab edir ki, Kleopatra sadə obraz deyil və onu canlandırmaq da asan olmayacaq. Qeyd edək ki, Ancelina Coli bu yaxınlarda "Malifisenta" filmində rol alıb. Kleopatranın həyatı haqqında ən məşhur film isə Elizabet Teylorun baş rolda olduğu və 1963-cü ildə çəkilmiş "Kleopatra" filmidir. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31