Dəmət Akalın: “Həftəsonu toy edərlər?”
2 İyun 2014 20:11 MədəniyyətTürkiyəli pop ulduzu Dəmət Akalın gecə klublarından birində səhnəyə çıxıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni həm sevilən mahnılarını ifa edib, həm də Sərdar Ortaçla bağlı maraqlı fikirlər söyləyib: "Mənim albomum 5 həftədir çıxıb, amma siyahıda hələ də birinciyik. Ortaçın təzə albomunu aldım, dinləyirəm, ancaq sevəcəyim bir mahnı yoxdu. Onun toyuna da gedə bilməyəcəyəm. Həftəsonu toy edərlər? Həmin gün konsertim var. Yəqin ki, bir çoxları bu problemlə üzləşəcək".
Müxbirlərin "yəqin hədiyyənizi almısınız" sualına Akalın, "Ortaç nə toyumda, nə də qızım Hira doğulanda mənə heç nə almadı, o, sadəcə gül göndərir. Sərdar simicdir, yalnız sevgililərinə qarşı səxavətli olur" deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31