Rihanna həbsxanada keçmiş sevgilisini ziyarət etdi

Dünya pop ulduzu Rihanna şərti azadlığa buraxılma qaydalarını pozduğuna görə yenidən dəmir barmaqlıqlar arxasına dönən keçmiş sevgilisi Kris Braunu ziyarət edib.  Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Braunun anasının yalvarışına dözə bilməyən Rihanna eks-sevgilisinə baş çəkmək üçün həbsxanaya yollanıb. Məlumata görə, daha əvvəl də bir neçə dəfə onu görməyə gedən Rihanna Krisi bağışladığını söyləyib.  Qeyd edək ki, iki il əvvəl ayrılan cütlük dar günlərində hər zaman bir-birinin yanında olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31