Məşhur aktyor futbolçular arasında Braziliyaya getmək istədi

Li Nelson kimi tanınan məşhur ingilis gülüş ustası Simon Brodkin London Hava Limanında Dünya Kuboku üçün Braziliyaya gedən futbol üzrə İngiltərə milli komandası ilə birlikdə getmək istəyib. Rusiya mətbuatının verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra Nelson saxlanılıb. O, milli komandanın tərkibində terminala qədər gələ bilib. Artist Braziliyaya getmək üçün ingilis futbolçuları kimi geyinib. Bu Nelsonun ilk belə cəhdi deyil. O, 2013-ci ilin may ayında icazəsiz "Mançester Siti" klubunun məşqlərinə girmiş və nəzarətçilər tərəfindən saxlanılana qədər futbolçularla məşq edib. Nelsonun bu zarafatı onun məhkəmə qarşısına çıxmasına səbəb olmuşdu. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31