Məşhur müğənni təcavüzə qarşı xəbərdarlıq etdi (FOTO)

“Bu, qanster tiplərin sizi tələyə düşürmək və təcavüz etmək tətbiq etdikləri yeni bir mertod ola bilər”

 Türkiyənin tanınmış müğənnisi Özcan Deniz xəbərdarlıq edir. Müğənni sosial şəbəkədəki səhifəsində əlindəki kağızda ünvan yazılmış kiçik uşaqları həmin ünvana aparmamağı məsləhət görür. Bunun tələ ola biləcəyini yazan Deniz, uşağı ən yaxın polis bölməsinə aparmağı məsləhət görür."Aman diqqət! Bütün gənc qız və xanım bacılarımız, əlindəki kağız parçasında ünvan yazılmış bir uşaq görsəniz lütfən onu yazılmış ünvana aparmayın. Bu, bəzi qanundan uzaq şəxslərin, qanster tiplərin sizi tələyə düşürmək və təcavüz etmək tətbiq etdikləri yeni bir mertod ola bilər. Həmin uşağı yaxınlıqda olan polis bölməsinə və ya qarşınıza çıxan təhlükəsizlik əməkdaşına təhvil verin, ya da 155 polis, 156 jandarm xəttinə xəbər verin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31