Məhkəmənin Dəniz Səki haqqında şok qərarı

İstanbul 12-ci Ağır Cinayətlər Məhkəməsi müğənni Dəniz Səkiyə 6 il 3 ay həbs tələbi irəli sürülən iddia sənədini İcra Prokurorluğuna göndərib. 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi vəkili Naim Karakaya vasitəsilə məhkəməyə ərizə yazaraq işə yenidən baxılmağını tələb edib. Ərizədə mühakimə müddətində ona qarşı ədalətli davranılmadığı, şahidlərin dindirilmədiyi və sübutların toplanılması tələblərinin rədd edildiyi bildirilib.

İstanbul 12-ci Ağır Cinayətlər Məhkəməsinin D.Səkinin yenidən mühakimə olunmaq tələbini dəyərləndirdiyi deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31